2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 3,4 min tona yaxən əczaçılıq məhsulları ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.
Azərbaycanda bu ölkələrdən alınan dərmanlar tanınacaq - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 146 milyon avro (ildən ilə artım 15,1%) təşkil edib.
Yanvar-noyabr aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (41,7 milyon avro məbləğində (artım 18,6%) 1,1 min ton (ildən ilə azalma 10,2%), Macarıstan (30,4 milyon avro məbləğində (artım 36,7%) 738 ton (artım 1,5 dəfə) və Sloveniya (17,3 milyon avro məbləğində (artım 1,8 dəfə) 377 ton (azalma 5%) daxil olub.
Noyabrda Aİ ölkələri Azərbaycana təqribən 15,1 milyon avro dəyərində (artım 43,8%) 327 tona yaxın əczaçılıq məhsulları (azalma 1,9%) ixrac edib.
Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (6,1 milyon avro məbləğində (artım 3,2 dəfə) 70 ton (azalma 35,3%), Macarıstan (2,2 milyon avro məbləğində (azalma 9,7%) 55 ton (azalma 40%) və Sloveniya (1,2 milyon avro məbləğində (azalma 17,9%) 46 ton (azalma 7,3%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana təqribən 137,5 milyon avro dəyərində (artım 1,3%) 3,5 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,7%) ixrac edib. (İnterfaks-Azərbaycan)