Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda süd məhsulları istehsalı müəssisəni bağlayıb.
AQTA-dan FED.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır. Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.