Renkinqə əsasən ən çox ödəniş edən şirkətlər “AXA MBASK” ASC, “Günay Sığorta”, “A-Group Sığota”dır. AXA MBASK” yanvar ayında ümumiyyətlə topladığından çox sığorta haqqı ödəyib.
Eləcə də bax:Sığorta şirkətlərinin ödənişlər üzrə bazar payı RENKİNQİ (Yanvar, 2019) – CƏDVƏL 6
21 sığorta şirkətindən 9-un ödənişlərinin/yığım nisbəti 10%-50% arasında, 3-ün göstəriciləri isə 3-8% arasında dəyişir.Yəni bu sığorta şirkətlərində ödəniş az, yığım isə daha çox olub.
Ödənişlərinin miqdarı yığıma nəzərən ən az olan şirkət “Naxçıvan Sığorta”dır. Şirkət bu ilin yanvar ayında 9,8 min manat sığorta haqqı toplayıb, amma heç bir ödəniş etməyib.
