2022-ci ilin yekunu üzrə Azərbaycanın ən böyük və ən kiçik sığorta şirkətləri məlum olub.
FED.az RENKİNQ xəbər verir ki, ötən ilin nəticələrinə görə, aktivlərin həcmi üzrə ölkənin ən byöük sığorta şirkətləri «Paşa Həyat Sığorta» və «Paşa Sığorta» şirkətləri tutur. Aktivlərin həcminə görə 3-cü yerdə isə «Xalq Sığorta» şirkətidir – 81 milyon manat.
«Azərbaycan Sənaye Sığorta» şirkəti aktivalərin həcminə görə 9-cu, «İpək Yolu» Sığorta şirkəti 11-ci, «A-Group» sığorta şirkəti isə 12-ci yeri tutur.
Aktivlərinin həcminə görə, ölkənin ən kiçik sığorta şirkəti «Naxçıvan sığorta» və «Bakı Sığorta»dır.
Ümumilikdə «Paşa Sığorta» qrupunun cəmi aktivləri 827 milyon manatdır. «Atəşgah Sığorta» qrupunun aktivləri 126 milyon manat, «Xalq Sığorta» qrupunun aktivləri 109 milyon manat, «Qala Sığorta» qrupunun aktivləri 106 milyon manat, «Meqa Sığorta» qrupunun cəmi aktivləri isə 63 milyon manat təşkil edir.