Azərbaycanında 2020-ci ildə adambaşına ən çox və ən az investisiya yatırılan şəhər/rayonlar məlum olub. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə adambaşına yatırılan investisiyanın həcmi 1695 manat təşkil edib. Amma bu rəqəm ölkədə cəmi 6 şəhər və rayonun hesabına təmin edilib. 61 rayon və şəhərdə adambaşına düşən orta investisiya göstəricisi bu rəqəmdən azdır.
Adambaşına yatırılan invevstisiyanın məbləğinə görə, ölkədə ilk yeri Naxçıvan şəhəri tutur. Burada il ərzində adambaşına düşən yatırım məbləği 7,3 min manat təşkil edir. Sonrakı yerləri Sumqayıt (4,78 min manat), Bakı şəhəri (4,5 min manat), Xızı (4,3 min manat) və Naftalan (2,5 min manat) tutur.
Ölkədə an az adambaşına investisiya isə Yardımlı (68 manat) və Göyçay (110 manat) rayonlarıdır.
FED.az 2020-ci ildə ölkənin şəhər/rayonları üzrə adambaşına investisiya qoyuluşunun həcmini açıqlayıb.