Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 9-unun sığorta yığımlarında artım olub.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığımlarını ən çox artıran şirkət «Meqa Həyat Sığorta» ASC olub. Bu şirkətin yığımlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 13 min manat və ya 85,2% artaraq 17 milyon 413 min manata yüksəlib.
Əvvəlki ilin eyni dövünə nəzərən «İpək Yolu Sığorta» ASC yığımlarını 1 milyon 907 min manat (50,2%) artıraraq 5 milyon 706 min manata, «Atəşgah Həyatı Sığorta» ASC yığımlarını 13 milyon 407 min manat (36,2%) artıraraq 50 milyon 491 min manata çatdırıb.
Bundan başqa, «Aqrar Sığorta» ASC-nin yığımları 3 milyon 449 min manat (25,6%) artaraq 13 milyon 491 min manata, «Xalq Həyat Sığorta» ASC-nin yığımları 1 milyon 137 min manat (18,3%) artaraq 7 milyon 333 min manata yüksəlib.
Sığorta yığımları artan şirkətlər arasında «PAŞA Sığorta» ASC və «PAŞA Həyat Sığorta» ASC də var. Belə ki, «PAŞA Sığorta» ASC-nin yığımları 25 milyon 622 min manat (11,5%) artaraq 248 milyon 908 min manata, «PAŞA Həyat Sığorta» ASC-nin yığımları 38 milyon 252 min manat (8,8%) artaraq 433 milyon 890 min manata bərabər olub. «PAŞA Həyat Sığorta» ASC həm də yığımlarını məbləğ ifadəsində ən çox artıran şirkət olub.
Yığımları artan şirkətlər arasında səkkizinci yeri «Meqa Sığorta» ASC, doqquzuncu yeri «Atəşgah Həyat Sığorta» ASC tutub. Şirkətlərin sığorta yığımları müvafiq olaraq 790 min manat (4,2%) və 1 milyon 971 min manat (3%) artıb. Bu ilin ilk yeddi ayında «Meqa Sığorta» ASC-nin sığorta yığımları 19 milyon 644 min manat, «Atəşgah Həyat Sığorta» ASC-nin sığorta yığımları 67 milyon 419 min manat olub.
|
S/N |
Sığorta şirkətləri |
Sığorta yığımları |
Sığorta yığımları |
Dinamika |
Dinamika |
|
1 |
"Meqa Həyat Sığorta" ASC |
9 400 |
17 413 |
8 013 |
85,20% |
|
2 |
“İpək Yolu Sığorta” ASC |
3 799 |
5 706 |
1 907 |
50,20% |
|
3 |
“Atəşgah” Sığorta Şirkəti ASC |
37 084 |
50 491 |
13 407 |
36,20% |
|
4 |
"Aqrar Sığorta" ASC |
13 491 |
16 940 |
3 449 |
25,60% |
|
5 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
6 196 |
7 333 |
1 137 |
18,30% |
|
6 |
“Paşa Sığorta” ASC |
223 286 |
248 908 |
25 622 |
11,50% |
|
7 |
“Paşa Həyat Sığorta” ASC |
433 890 |
472 142 |
38 252 |
8,80% |
|
8 |
“Meqa Sığorta” ASC |
18 854 |
19 644 |
790 |
4,20% |
|
9 |
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC |
65 448 |
67 419 |
1 971 |
3,00% |












