Azərbaycanın sığorta şirkətlərinin 2021-ci il üzrə mənfəət-zərər göstəriciləri açıqlanıb.
FED.az-ın tərtib etdiyi sıralamaya əsasən, 2021-ci ili ölkədəki sığorta şirkətlərinin 16-sı mənfəətlə, 4-ü isə zərərlə tamamlayıb.
Ən böyük mənfəət göstəriciləri «Paşa Holdinq»ə daxil olan «Paşa Sığorta» və «Paşa Həyat Sığorta» şirkətlərinə aiddir – 24,6 milyon manat və 17,7 milyon manat.
Mənfəətin həcminə görə sonrakı yerləri «Qala Sığorta» (9,4 milyon manat), «Atəşgah» (6,4 milyon manat) və «Xalq Sığorta» (5 milyon manat) tutur.
2021-ci ildə zərərlə işləymiş sığorta şirkətləri isə «Bakı Sığorta», «AZSIĞORTA», «Günay Sığorta» və «Azərsığorta» Dövlət şirkətidir.