Azərbaycanda bölgələr öz iqtisadi imkanlarına və sosial vaəziyyətinə görə fərqlənir. Bu özünü rayonların iqtisadi göstəricilərində – məhsul istehsalında, eləcə də əmək haqqı və digər rəqəmlərdə göstərir.
FED.az bu dəfə Şəmkir və Ağcabədi rayonlarının iqtisadi müqayisəsini aparıb. 2022-ci ilin nəticələrinə görə, aparılan müqayisə rayonların iqtisadi və sosial göstəricilərini əhatə edir.
Şəmkir – təkcə Qazax-Tovuz regionunun deyil, bütün ölkə üzrə ən yüksək gəlirləri olan rayonlardandır. 2022-ci ildə məhsul istehsalı 1 milyard manatı keçən az-az bölgələrdən biridir. Hazırda rayon prezidentin 2 il əvvəl təyin etdiyi icra hakimiyyətinin gənc başçısı, 42 yaşlı Rəşad Tağıyev tərəfindən idarə olunur.
Ağcabədi isə Qarabağ bölgəsinin iqtisadi, xüsusilə də kənd təsərrüfatı sahəsində aktiv bölgədir. Əhalinin rifahı ilə bağlı göstəricilərdə də Ağcabədi fərqlənir. Rayona 2019-cu ildə təyin edilmiş, idarəetmə və kənd təsərrüfatı sahəsində olduqca böyük təcrübəyə malik olan Rafil Hüseynov rəhbərlik edir.