Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər çərçivəsində mərkəzləşdirilmiş büdcədən rayon şəhərlərə ayrılan vəsaitlərin məbləğinə də dəyişiklik edilib.
FED.az xəbər verir ki, 2020-ci ilin dövlət büdcəsində 25 rayona ümumilikdə 52 milyon 554 min manat vəsait ayrılması nəzərdə tutulurdu. Dəyişiklik nəticəsində bu məbləğ 50 milyon 335 min manata endirilib. Rayonların 15-ə ayrılan pullar azaldılıb, 10 rayona ayrılan məbləğ isə artırılıb.
Məbləğ ifadəsində ən böyük azalma Ağdam rayonuna ayrılan vəsatilərdədir – Ağdama büdcədən ayrılan vəsait 600 min manat azaldılaraq 5 milyon manatdan 4,4 milyon manata endirilib.
Goranboya ayrılan vəsait 567 min manat, Qax 431 min manat, Zaqatala 408 min manat azaldılıb.
Faiz ifadəsində ən böyük azalma Ağstafa və Qobustanda olub – 23% və 20%.
10 rayona isə büdcədən ayrılan vəsait artırılıb. Burada ən çox qabağa düşən Yardımlı rayonu olub – rayona ayrılan vəsait 394 mni manat və ya 20% artırılıb.
Gədəbəyə ayrılan vəsait 303 min manat (29%), Oğuz rayonuna ayrılan vəsaitlər isə 223 min manat və ya 10% artırılıb.
2020-ci il dövlət büdcəsinə dəyişiklik səbəbindən büdcədən ayrılan vəsaitlərin artıb-azaldığı rayonlar aşağıdakılardır.