“MCB” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
“M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 6 milyon 667 min manat olub. Bu, 2024-cü illə müqayisədə 1 milyon 506 min manat və ya 29,2% artım deməkdir. Şirkətin faiz xərcləri isə 2 milyon 971 min manat olub ki, bu da, illik müqayisədə 853 min manat (40,3%) çoxdur. Nəticədə ötən ilin sonunda şirkətin xalis faiz gəliri 3 milyon 696 min manat olmaqla, bir il əvvələ nəzərən 653 min manat (21,5%) artım göstərib.
Hesabat dövrünün sonuna şirkətin haqq, komissiya və brokerlik gəlirləri 643 min 316 manat (246 min 353 manat / 62,1% çox), maliyyə aktivləri üzrə dəyərsizləşmə 382 min 621 manat (361 min 637 manat / 18,2 dəfə çox), icra öhdəlikləri üzrə faiz xərcləri 41 min 873 manat (34 min 19 manat / 5,3 dəfə çox), əməliyyat xərcləri 1 milyon 374 min manat (391 min manat / 40% çox), inzibati və ümumi xərcləri 680 min 543 manat (275 min 874 manat / 68,2% çox) olub.
Ödənilmiş mənfəət vergisinin həcmi 410 min 207 manat, təxirə salınmış verginin həcmi 94 min 231 manat olub. Bunlar da, 2024-cü ilə nəzərən müvafiq olaraq 19 min 401 manat (4,5%) az, 85 min 551 manat (10,9 dəfə) çox olub. Nəticədə şirkətin 2025-ci ili 1 milyon 545 min xalis mənfəət ilə başa vurub ki, bu da, əvvəlki illə müqayisədə 124 min manat (7,4%) azalma deməkdir.
2025-ci ilin sonunda BOKT-un aktivlərinin həcmi 45 milyon 264 min manat olub. Bu, 2024-cü ilə nəzərən 11 milyon 187 min manat və ya 32,8% artım deməkdir. Müştərilərə verilmiş kreditlərin həcmi son bir ildə 5 milyon 434 min manat (59,7%) artaraq 14 milyon 533 min manata yüksəlib.
Ötən ilin sonuna kredit təşkilatının öhdəliklərinin həcmi 35 milyon 51 min manat olub. Bu, əvvəlki illə müqayisədə 9 milyon 642 min manat (38%) çoxdur.
2025-ci iilin yekununda “MCB” BOKT-un cəmi kapitalı 10 milyon 213 min manat təşkil edib. Cəmi kapital 2024-cü ilə nəzərən 1 milyon 545 min manat (17,5%) artıb. Nizamnamə kapitalı dəyişilməyərək 4 milyon 284 min manat səviyyəsində qalıb. Bölüşdürülməmiş mənfəət isə 1 milyon 545 min manat (35,2%) artaraq 5 milyon 929 manata yüksəlib.







![“MCB” BOKT-un xalis mənfəəti azalıb –[red] HESABAT[/red] | FED.az](upload/news/small/1531203.jpg)
![“MCB” BOKT-un xalis mənfəəti azalıb –[red] HESABAT[/red] | FED.az](upload/news/small/4195069.jpeg)
![“MCB” BOKT-un xalis mənfəəti azalıb –[red] HESABAT[/red] | FED.az](upload/news/small/774393.jpeg)








