Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Azərbaycan Laçın yolu ilə bağlı - ŞƏRTİNİ AÇIQLADI
İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün şərtləri - Bir Daha Xatırladıb
FED.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.
Nəticədə 4 terrorçu məhv edilib. Qarabağda qanunsuz erməni silahlı dəstələrinin məhv edilmiş 4 üzvünün adı da məlum olub. Bunlar Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayandır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.