Rusiyalı sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi rayonundan 5 min erməni sakini təxliyə edib.
Qarabağın erməni sakinlərinin reinteqrasiya planı - HAZIRDIR
FED.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Ağdərə, Xocavənd və Əsgəranın erməni sakinləri sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi əraziyə gətiriliblər.
Bildirilir ki, Rusiya Bakı, İrəvan və Xankəndi nümayəndələri ilə təmasları davam etdirir.