Laçın şəhərində və rayonun Zabux kəndində 661 ailə məskunlaşıb. Laçında əhalinin dayanıqlı məskunlaşmasında ən prioritet məsələlərdən biri məşğulluğun təmin edilməsidir.
Laçında yeni təsərrüfat sahələri yaradılıb - YEM DƏ İSTEHSAL OLUNUR - FOTOLAR
FED.az xəbər verir ki, bunu Bərdədə keçirilən “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forumda “Laçın Abadlıq Xidməti” MMC-nin direktor müavini Elnur Abdullayev deyib.
O bildirib ki, Laçın rayonunun Zerti kəndi ərazisində 52 hektarda yaradılmış Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması və 1169 vakansiya nəzərdə tutulub. Hazırda 24 bölmə üzrə 494 nəfər işlə təmin edilib. (Report)