"Kəlbəcər rayonundakı Ağduzdağ qızıl yatağına xarici investorlar cəlb edilib".
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat agentliyinin idarə heyətinin sədri Əli Əliyev Füzulidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
"Ötən ilin əvvəlindən burada Türkiyə şirkəti tərəfindən qızıl yatağının istismarına başlanılıb. Burada məqsədimiz mineral xammal ehtiyatlarının mövcud bazası ətrafında həm yerli, həm də xarici investorların ölkəyə cəlb edilməsidir". (Report)