Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi inşa olunur. Dövlətyarlı kəndinin tikintisi isə tam sürətlə davam edir.
Ağdamda 13 milyon manata binalar tikiləcək - TENDERİN QALİBİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək.
Füzuli şəhərində üçüncü yaşayış kompleksinin tikintisinə ilin sonunadək başlanacaq
Yaxın vaxtlarda Qarabağ Dirçəliş Fondu tərəfindən şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə yeni başlanıb və 2026-cı ilin sonuna kimi bitəcək. Bütün icra olunan layihələr Böyük Qayıdış Proqramında qoyulan hədəflərə tam uyğun olaraq icra olunur və tezliklə Füzuli şəhərində daha çox əhalini görəcəyik”, - deyə Emin Hüseynov bildirib.