Füzuli şəhərində insanların sağlam və uzunömürlü yaşaması üçün “Blue zone” yanaşması tətbiq olunacaq, yaşıl ərazilər və rekreasiya zonaları yaradılacaq.
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın - EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
Onun sözlərinə görə, “Blue Zone” insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib:
“Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib”. (Apa)