Mənzil başına çatan Füzuli şəhər sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub.
FED.az xəbər verir ki, yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseyinov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib.
***
Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən növbəti köç karvanı artıq mənzil başına çatıb.
Bu mərhələdə Füzuli şəhərinə 102 nəfərdən ibarət daha 25 ailə köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib. (Apa)