Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.
Adambaşına 25 m2 mənzil sahəsi, ailəyə 12 sot həyət, 3-8 mərtəbəli binalar – Füzuliyə Qayıdış 2040-cı ilədək davam edəcək – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq. Evlərin açarları sakinlərə təqdim olunub. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.
***
Bu gün daha 23 ailə Füzuli şəhərinə yola salınıb. 89 nəfərdən ibarət 23 ailənin bu gün doğma şəhərinə qayıdışı təşkil edilib. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.