“Dünəndən azərbaycanlılar Xankəndinin yaxınlığında qərarlaşıb, rayonlardan Xankəndinə gedən yollarda da postlar qoyublar”.
Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - VİDEO
FED.az xəbər verir ki, bu barədə Ermənistanın “Mənim şərəfim” partiyasının parlamentdə fraksiya katibi, deputat Tiqran Abramyan bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya sülhməramlılarının vasitəçiliyi və iştirakı ilə azərbaycanlılarla danışıqlar aparılacaq, danışıqlar zamanı Qarabağın taleyi barədə müzakirə olunacaq.
“Düzünü desəm, indiki vəziyyətdə xüsusi nikbin gözləntilər yoxdur, bu müzakirələrin çoxlu suallara cavab verəcəyi gözlənilir”. (Azpost.info)