Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,68 dollar ucuzlaşaraq 56,52 dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.