Nikoil bank 2017-ci ilin 2-ci rünbünə nisbətən 2018-ci ilin 2-ci rübünü böyük zərərlə başa vurub.
FED.az bankın hesabatına istinadən bildirir ki, ilk yarım ildə bankın gəlirləri 1 mln 271 manat azalaraq 32 mln 601 min manat təşkil edib. Bu il faiz xərcləri ötən ilə nəzərən 2 mln 77 min manat azalaraq 8 mln 338 min manat olub. Xalis faiz gəlirləri bu il 3,4% artaraq 24 mln 263 min manata çatıb.
İlk yarım ildə bankın qeyri-faiz xərcləri 10 mln 239 min manat təşkil edir və bu xərclər də keçən ilə nisbətən 643 min 37 manat artımdadır. Bankın qeyri-faiz gəlirləri ötən ilin 2 ci rübündə 341 min 66 manat zərərdə idisə, bu il 3 mln 545 min manat gəlir əldə edilib.
Əməliyyat mənfəətində ötən ilə nisbətən 4 mln 49 min manat artaraq 17 mln 568 min manata çatıb. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ehtiyatlar bu ilin 2 ci rübündə 4,90 dəfə artaraq 63 mln 429 min manat olub.
Nəticədə bank ötən ilin eyni dövründə 580 min 24 manat xalis mənfəət də olsa da, bu ilin ilk yarısını 45 mln 860 min manat zərərlə başa vurub.
İlk 6 ayda müştərilərə verilən xalis kreditlər 208 milyon manat təşkli edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon maat azdır.
Bu dövrdə bankın cəmi aktivləri 33 mln 262 min manat artaraq 446 mln 472 min manat olub. Öz növbəsind cəmi öhdəliklər 21 mln 199 min manat artaraq 392 mln 523 min manata çatıb.
Qeyd edək ki, bank 2017-ci ili də 28 669 min manat zərərlə başa vurmuşdu.
«Nikoyl» bankdan «qırmızı» hesabat – REKORD ZƏRƏRDƏDİR
11:42
16 İyul 2018