Türkiyədə yeni hava limanı fəaliyyətə başlayacaq.
Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Çukurova Hava Limanının avqustun 10-da prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacağını açıqlayıb.
Yeni hava limanının fəaliyyəti üçün 244,5 milyon avro sərmayə edilib və 25 il müddətinə həmin sərmayə vasitəsilə 297 milyon 100 min avro dəyərində olan kirayə haqqı ödəniləcək.
Uraloğlu, 800 hektar sahədə inşa edilən hava limanının 8 milyon sərnişin tutumuna malik olduğuna diqqət çəkib.
Hava limanının Türkiyənin ən əhəmiyyətli aviasiya sərmayələrindən biri olduğunu vurğulayan Uraloğlu, “Adana və Mersin başda olmaqla bütün Çukurovaya xidmət göstərəcək hava limanımız avqustun 10-da prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacaq. " -deyə bildirib.
Uraloğlu 2053 hədəfinin aktiv hava limanlarının sayını 61-ə çatdırmaq olduğunu qeyd edib.
CAT-II standartlarında 3500 metr uzunluğundakı uçuş-enmə zolağına ən geniş gövdəli sərnişin təyyarələrinin belə enib qalxa bildiyinə diqqət çəkən Uraloğlu: "8 milyon sərnişin tutumuna malik Çukurova Hava Limanımız həm bölgənin, həm də ölkənin turizm və ticarətini gücləndirəcək, Türkiyənin ikinci ən böyük yük mərkəzi və Yaxın Şərqə açılan qapı olacaq. Biz hava limanımızda yük daşımalarının olacağını proqnozlaşdırırıq. Çukurova Hava Limanı ticarət həcmini iki qat artıracaq.” – deyə fikirlərini bölüşüb.