Türkiyənin ən böyük 3-üncü sənaye şirkəti Tofaş, 2017-ci ilin ilk 9 ayını tarixi bir rekordla başa vurub.
FED.az xəbər verir ki, Tofaş, 281 min ədəd avtomobil istehsal edərək, sektor tarixində ən yüksək istehsal adətinə çatıb və liderliyini qoruyub.
Həmin dövrdə 207 min ədəd ixrac həyata keçirən Tofaş, xalis mənfəətini keçən ilin eyni dövrünə nisbətən 25 faiz artırıb.
Tofaş-ın dövriyyəsi 12.4 milyard TL-yə çatıb. Şirkətin ilk 9 ayda xalis mənfəəti 859 milyon TL olub.