Azərbaycanda taksi xidmətləri sahəsində baş verən dəyişikliklərdən narazı qaldan taksi sürücüləri gözlənilmədən özlərinə güclü müttəfiq tapıblar – bu ölkənin ən böyük biznes qrupu - Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri olan taksi şirkətləridir.
30 ildir vəzifədə olan icra başçısı işdən azad edildi – SƏRƏNCAM - MARAQLI DETALLAR
Baş nazir Əli Əsədov iş adamlarının problemləri üzrə - İCLAS KEÇİRDİ - FOTOLAR
Azərbaycanda, xüsusilə Bakı şəhərində taksi xidmətləri sahəsində son dövrlər aparılan islahatlar, daha dəqiqi bu sektorun sərt nəzarərə götürülməsi və taksi sayına limit qoyulması təkcə adi taksi sürücülərinin deyil, iri taksi şirkətlərinin də narazılığına səbəb olub.
Bakıda taksi sayı çoxdur, bundan sonra - KVOTADA YER ALMAQ PROBLEM OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, taksi sahəsindəki dəyişikliklərlə bağlı narazılıq Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) səviyyəsində müzakirə edilməyə başlayıb.
Xatırladaq ki, «AmCham Azərbaycan» ölkənin ən böyük biznes təşkilatı –xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən aparıcı qeyri-kommersiya assosiasiyadır.
Bakıda taksilərin sayına limit qoyuldu – SON TARİX, AYNA-DAN YENİ AÇIQLAMA
Hazırda Amerika Ticarət Palatasının tərkibində Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkət var. «AmCham Azərbaycan»ın üzvləri ölkəyə yatırılan bütün xarici investisiyaların təxminən 80%-ni və eyni zamanda yerli investisiyaların da əhəmiyyətli hissəsini təmsil edir. Bu təşkilatda aparılan müzakirələr, o cümlədən hazırladığı təkliflər Azərbaycanda ən yüksək səviyyədə müzakirə edilir və qəbul edilir.
Yanvarın 30-da isə «AmCham Azərbaycan» taksi xidmətləri sahəsindəki dəyişiklikləri, daha dəqiqi bu dəyişikliklər nəticəsində yaranan çətinlikləri müzakirə edib.
Palatanın Təchizat Zənciri Komitəsinin təşkilatçılığı ilə “Nəqliyyat sahəsində optimallaşdırma: yeni tənzimləmə yanaşmaları” mövzusunda Yanvar ayı üzrə komitə görüşü keçirilib. Tədbirdə əsas müzakirə mövzusu taksi bazarında mövcud olan problem və çətinliklər və onların həlli üçün görülməsi tələb edilən işlər olub.
Tədbirdə AmCham Azərbaycanın Hüquqi və siyasi məsələlər üzrə məsul şəxsi Şəbnəm Quliyeva, Təchizat Zənciri Komitəsinin sədr müavini Maarifə Paşayeva, eləcə də “Leops” taksi və lizinq şirkətinin rəhbəri Həşim Əliyev açılış nitqi ilə çıxış ediblər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüş zamanı taksi sahəsində dünyadakı təcrübələr, o cümlədən ABŞ, İsveç, Latviya, Rumıniya və digər Avropa ölkələrinin təcrübəsi və müqayisəli statistik məlumatları təqdim olunub. Bu sahənin mütəxəssislər bildiriblər ki, inkişaf etmiş nəqliyyat infrastrukturuna malik ölkələrdə sərt kvota məhdudiyyətləri tətbiq edilmir.
Xatırladaq ki, ölkədə taksi xidmətlərini tənzimləyən qurum – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi- AYNA-nın qərarı ilə Bakı şəhərində taksi sayına limit qoyulub – 25 min avtomobil. Bu rəqəm, islahat başlamazdan əvvəlki taksi sayından 3 dəfə azdır.
Bundan başqa, yeni ildən tətbiq olunan qaydalara əsasən taksilərin Bakıdan başqa şəhərlərə müştəri aparması və gətirməsi ilə bağlı da məhdüdiyyət tətbiq edilib. Bu vəziyyət sıravi taksi sürücüləri ilə yanaşı, iri taksi şirkətlərinə də mane olmağa başlayıb.
Belə ki, AmCham Azərbaycan-da aparılan müzakirələrdə bu sahənin mütəxəssisləri bildiriblər ki, inkişaf etmiş nəqliyyat infrastrukturuna malik ölkələrdə sərt kvota məhdudiyyətləri tətbiq edilmir. Bu cür mexanizmlərin (yəni kvotanın – FED.az) tətbiqi əksər hallarda bazarda təklifin azalmasına, istehlakçılar üçün gözləmə müddətinin (ETA) artmasına və qeyri-rəsmi (“boz”) bazarın formalaşmasına səbəb ola bilir.
Taksi ilə bağlı daha bir tələb - 50 MANAT CƏRİMƏSİ VAR - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə taksi lisenziyalarının ötürülməsi (transferi) ilə bağlı məsələlərə də toxunulub. Bu sahənin ekspertləri qeyd ediblər ki, indiki mexanizmlər praktiki tətbiq zamanı müəyyən çətinliklər yarada bilər və bu, bəzi hallarda bazar iştirakçılarının fəaliyyətinə əlavə (yəni mənfi – FED.az) təsirlər göstərə bilər. Müzakirələr zamanı şirkətlər AYNA-nı daha çevik və effektiv yanaşmalar tətbiq etməyə çağırıblar.
Eyni zamanda şirkət nümayəndələri bildiriblər ki, belə məsələlərin müzakirəsi dövlət və özəl sektor arasında açıq və inklüziv dialoq formasında aparılmalıdır, o cümlədən bu sahədə qanunlar dəyişəndə bu proses biznes nümayəndələrinin iştirakı ilə məsləhətləşmə ilə olmalıdır.
Müzakirələrin yekununda qərara alınıb ki, taksi sayı ilə bağlı indiki və gələcək kvotaya beynəlxalq təcrübə, real bazar tələbi və şəhər mobilliyi göstəriciləri yenidən baxılsın və bunun üçün səlahiyyətli dövlət qurumlar və bazar iştirakçıları ilə geniş müzakirələr aparılsın.










