Prezident İlham Əliyev yeni kadr dəyişikliyi həyata keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Bakı şəhərində ən uzunmüddətli icra hakiimiyyəti başçılarından biri, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.
Prezident Administrasiyasında fevral ayı üçün vətəndaşların qəbulu cədvəli - AÇIQLANIB
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Süleyman Mikayılovun işdən azad edilməsi gözlənilirdi, iki ay əvvəl - 2025-in noyabrında Qaradağ rayonunda korrupsiya qalmaqalı olmuş və S.Mikayılovun müavini Nadir Muradov və digər vəzifəli şəxslər rüşvət ittihamı ilə həbs edilmişdi. İcra başçısının müavini ilə birgə qurumun üç işçisi Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev istintaqa cəlb edilib.
Bakıda daha bir icra hakimiyyətində – ƏMƏLİYYAT, MÜAVİN HƏBS EDİLİB
Onlarla birlikdə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəisinin müavini Zülfüqar Mansurov da ittiham olunanlardan biri olub. İşi aparan Baş Prokurorluq həmin vaxt bildirmişdi ki, onlar Qaradağda torpaq sahələrinin dövlət qeydiyyatına alınmasına görə ayrı-ayrı şəxslərdən rüşvət almaqda ititham olunurlar. Məhkəmə bu işə görə, üç vəzifəli şəxsi həbs edib, digər iki şəxs haqqında polis nəzarətinə vermə qərarı vermişdi.
Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
Ümumilikdə isə Süleyman Mikayılov maraqlı karyeraya malik şəxsdir. Maraqlıdır ki, o bir neçə rayonda icra hakimiyyəti başçısı işləməzdən əvvəl ölkənin iqtisadi strukturlarında – Gömrük Komitəsi və Vergilər Nazirliyində də məsul vəzifələr tutub. Ən maraqlısı odur ki, o bu vəzifələrə bədən tərbiyəsi müəllimi ixtisasına malik olmaqla təyin edilib.
Baş nazir Əli Əsədov iş adamlarının problemləri üzrə - İCLAS KEÇİRDİ - FOTOLAR
Belə ki, 1962-ci ildə anadan olmuş Süleyman Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi fəaliyyətə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə, yəni hələ ixtisasca məşqçi olduğu bir vaxtda o Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini və idarənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, sonra isə bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. O bu vəzifələrə bədən tərbiyəsi müəllimi ixtisasına malik olmaqla təyin edilib.
2005-ci ildə isə Süleyman Mikayılovun icra başçısı karyerası başlayıb. Yeri gəlmişkən, həmin vaxt S.Mikayılov artıq hüquqdünas diplomu almışdı. Belə ki, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2025-ci ildə o Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Mikayılov bu vəzifədə 16 il çalışıb və bu gün, yanvarın 30-də prezidentin sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.










