Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər.
Bakıda taksi sayı çoxdur, bundan sonra - KVOTADA YER ALMAQ PROBLEM OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Sürücülər də deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.
Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir. Bəzi sürücülər isə hələ ki belə qaydanın tətbiqindən xəbəsizdirlər.
Məsələ ilə bağlı bir neçə taksi şirkətləri ilə əlaqə saxladıq. "Bolt" və "Yango" taksi şirkətlərindən bildirildi ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.









