"Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir".
FED.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini sərnişindaşıma zamanı kassadan alınan biletlə, sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olmasına da aydınlıq gətirib. O, bunun individual yanaşma olduğunu diqqətə çatdırıb:"Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu bütün daşıyıcılara şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".
Eləcə də bax: Jeep-in yeni modeli çıxdı - FOTOLAR
Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub.