“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.
FED.az xəbər verir ki, dəyişikliklər Vergi Məcəlləsində dəyişiklik edilməsilə bağlıdır.
Dəyişikliyə görə, sıxılmış qazla hərəkətə gətirilən avtobusların idxalı zamanı mühərrikinin 1 sm3-ə görə modeldən asılı olaraq 0.5 - 1,2 ABŞ dolları gömrük rüsumu ödəniləcəkdir.
Məsələn, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar ölkəyə idxal olunan zaman mühərrikinin 1 sm3-ə görə 1,2 ABŞ dolları gömrük rüsmü ödənilməlidir. 5000 sm3 mühərrik üçün 6000 dollar rüsum ödənilməlidir.
Qərar 30 gün sonra qüvvəyə minəcəkdir.
Qərada deyilir:
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin: