Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında yaranan problemlər və artan tələbat fonunda Panama kanalından keçid üçün ödənişlər kəskin şəkildə bahalaşıb.
FED.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, kanalın şlüzlərindən istifadə üçün keçirilən gündəlik hərraclarda orta qiymət 1,1 milyon dollara çatıb. Bu da ötən illə müqayisədə dəfələrlə çoxdur.
Nəşr qeyd edir ki, son həftələrdə əsas şlüzlərdən növbəsiz keçmək üçün ödənişlər 2,5 milyon dollara, bəzi ayrı-ayrı hərraclarda isə müvafiq olaraq 3,78 milyon və 2,63 milyon dollara qədər yüksəlib. Yaranan sıxlıq səbəbindən kanaldan keçmək üçün gözləyən gəmilərin sayı da xeyli artıb.












