Panama limanının ABŞ-ın nəzarətinə keçməsi ilə bağlı prezident Trampın bəyanatı nəticələrini verməyə başlayıb.
FED.az xəbər verir ki, məsələnin siyasi tərəfini gözləmədən Amerika şirkətləri Panama kanalının hər iki tərəfindəki əsas limanların səhmlərini alıblar.
Belə ki, ABŞ-ın Blackrock şirkəti Panamadakı 2 əsas limanın - Balboa və Kristobal limanlarının səhmlərinin 90%-ni satın alıb. Nəticədə Panama kanalı faktiki olaraq ABŞ-ın nəzarətinə keçib. Panama kanalının operatoru olan Honkonqun «Hutchison Holdings» şirkəti elan edib ki, Amerikanın «BlackRock» və «TiL» şirkətləri onun səhmlərinin 90%-ni əldə edib.
«BlackRock-TiL konsorsiumu və «Hutchison» şirkəti şadlıqla elan edir ki, onlar prinsipial razılaşma əldə ediblər. HƏmin razılaşmaya görə, «BlackRock TiL» konsorsiumu Panama Ports Company şirkətinin səhmlərini əldə ediblər. Bu şirkət Panamada Balboa və Kristobal limanlarını idarə edir»-deyə açıqlamada bildirilir.
Qeydə edək ki, «Hutchison» şirkəti Honkonqlu 96 yaşlı milyarder La-Ka-şinq ailəsinə məxsusdur.
İlkin məlumata görə, «BlackRock» Panama şirkətlərini 22,8 milyard dollara satın alıb.
Hərçənd, bu razılaşmanın həyata keçməsi üçün Panama hökumətindən də razılıq tələb olunur. Müqavilənin imzalanması 2 apreldə nəzərdə tutulur.
Yeri gəlmişkən, şirkət onu da elan edib ki, Amerika şirkətləri onun 23 ölkədə daha 43 limanının satın alırlar. Ümumiyyətlə Honkonq şirkəti dünyanın 199 limana sahibdir.