Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş yaxın vaxtlarda keçiriləcək.
"Bir sıra məsələlər həll edilməldir, sülh müqaviləsinin üzrə irəliləmək çətindir"
FED.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, ən yaxın vaxtda Rusiya, Azərbaycan və Ermənistanın Üçtərəfli İşçi Qrupunun görüşü olacaq.
Overçuk bildirib ki, İşçi Qrupun görüşündə Ermənistan və Azərbaycan arasında sərhədi keçmək üsulu ilə bağlı texniki detallar nəzərdən keçiriləcək: "Söhbət beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər növ nəzarətin təşkilindən gedir".
Rusiya Baş nazirinin müavini tərəflərin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına yaxın olduqlarını da söyləyib. O bildirib ki, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycan vasitəsilə Rusiyaya, Aİ ölkələrinə, İrana keçmək imkanı əldə edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Üçtərəfli İşçi Qrupun növbəti iclasının keçirilməsi barədə qərar mayın 19-da Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının Moskva görüşündə qəbul olunub, mayın 25-də dövlət başçılarının Kremldəki danışıqlarında təsdiqlənib. (Apa)