“Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, indiyədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı yeni qərarla “Azərbaycan Hava Yolları” QSC-nin - AZAL-ın tabeliyinə verilib.
Qərara əsasən “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan MR Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.