“Elektrik mühərriki ilə çalışan avtobuslara keçid məntiqli yanaşma olar”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, Azərbaycanda da bu, tətbiq edilə bilər: “Ancaq bu gün bu sahədə çalışan xeyli işçi var. Bu məsələyə də biz həssaslıqla yanaşmalıyıq. İkincisi, elektrik mühərrikli avtobuslara keçid o qədər də asan məsələ deyil. Avropada bu gün bununla bağlı çox çıxış olsa da, hələ tam tətbiq edənlərin sayı azdır”.