Gələn iki ay ərzində İran və Azərbaycan arasında Astaraçay üzərində tikilməkdə olan avtomobil körpüsü istifadəyə veriləcək.
Azərbaycan Zəngəzur dəhlizini İrandan keçməklə yaradır - SƏNƏDLƏR İMZALANDI, KÖRPÜLƏR TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
M.Bəzrpaşın sözlərinə görə, Astaraçay üzərindəki yeni körpü iki ölkənin diqqətində duran əsas önəmli layihələrdən biridir.
Bəzrpaş əlavə edib ki, yeni körpü iki ölkənin tranzit imkanlarını daha da artıracaq.
Qeyd edək ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.
Əlavə edək ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 6 oktyabrda 2 günlük Azərbaycana səfər edib və bir sıra görüşlər keçirib. (Trend)