Fars körfəzində silahlı münaqişənin başlamasından bəri Hörmüz boğazından keçən neft tankerlərinin sayı ən azı 90% azalıb.
İran Hörmüz boğazının ABŞ və İsrail üçün uzun müddət bağlı qalacağını açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Bəhreyn xarici işlər naziri Əbdül Lətif bin Rəşid əl-Zəyani bildirib.
"Bu ilin 28 fevralından bəri Hörmüz boğazından keçən tankerlərin hərəkəti 90%-dən çox azalıb. Hörmüz boğazındakı mövcud vəziyyət beynəlxalq hüquq prinsiplərinə, qlobal sabitliyə və ərzaq təhlükəsizliyinə real təhlükə yaradır", - XİN rəhbəri bildirib. (Apa)













