Bu ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon 156,8 min nəfər sərnişin daşınıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 169,8 min nəfər və ya 19,5% artıb. Keçən il müvafiq dövrdə bu rəqəm 5 milyon 987 min nəfər olmuşdu.
Daşınan sərnişinlərin 6 milyon 774,9 min nəfəri şəhərətrafı marşrutların payına düşüb. Bu istiqamətdə daşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 95,5 min nəfər və ya 19,3% yüksəlib. Ötən il şəhərətrafı relslərdən istifadə edənlərin sayı 5 milyon 679,4 min nəfər təşkil edirdi.
Hesabat dövründə dəmir yolu nəqliyyatı üzrə sərnişin dövriyyəsi 329,5 milyon sərnişin-km olub. Bu göstərici əvvəlki ilin eyni ayları ilə müqayisədə 56,2 milyon sərnişin-km və ya 20,6% çoxdur. Ötən il sərnişin dövriyyəsi 273,3 milyon sərnişin-km səviyyəsində qeydə alınmışdı.
Sərnişin dövriyyəsinin tərkibində şəhərətrafı daşımaların həcmi 182,7 milyon sərnişin-km təşkil edib. Bu sahədə göstərici bir il əvvəllə müqayisədə 25,1 milyon sərnişin-km və ya 15,9% artım göstərib. Keçən il həmin dövr üzrə rəqəm 157,6 milyon sərnişin-km olmuşdu.
Bu müddətdə sərnişin daşımalarından əldə olunan gəlir 12 milyon 071,1 min manat səviyyəsində formalaşıb. Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3 milyon 935,4 min manat və ya 48,4% çoxdur. Ötən il bu kateqoriya üzrə gəlir 8 milyon 135,7 min manat idi.
Gəlirlərin strukturunda şəhərətrafı marşrutlar üzrə göstərici 4 milyon 876,1 min manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 555,7 min manat və ya 46,9% artım deməkdir. Ötən il bu sahədən daxilolmalar 3 milyon 320,4 min manat təşkil etmişdi.










