Bu ilin yanvar-sentyabr aylarında dəmir yolu ilə 12 milyon 507,2 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 434,4 min ton və ya 10,3% azdır.
Ötən il bu göstərici 13 milyon 941,6 min ton olmuşdu.
Yük daşınmasının strukturunda idxal yükləri 3 milyon 520,4 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 min ton və ya 1,1% azdır. Bir il əvvəl bu göstərici 3 milyon 558,7 min ton olmuşdu.
İxrac yüklərinin həcmi 2 milyon 180,2 min tona bərabər olub Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,7 min ton və ya 2,9% azdır. Ötən ilin 9 ayında bu göstərici 2 milyon 244,9 min ton olmuşdu.
Tranzit yüklər 4 milyon 863,5 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 789,8 min ton və ya 14% azdır. Ötən ilin 9 ayı ərzində tranzit yüklərin həcmi 5 milyon 653,3 min ton olmuşdu.
Hesabat dövründə dəmir yolu ilə yük dövriyyəsi 4 milyard 582,4 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 750,2 milyon ton-km və ya 14,1% azdır.
Bir il əvvəl 5 milyard 332,6 milyon ton-km olmuşdu.
Yük dövriyyəsinin strukturunda idxal yükləri 797,6 milyon ton-km olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon ton-km və ya 2,7% azdır.
Bir il əvvəl idxal yükləri üzrə dövriyyə 819,6 milyon ton-km olmuşdu.
İxrac yükləri 843,1 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon ton-km və ya 6,1% azdır.
Ötən il bu göstərici 897,4 milyon ton-km olmuşdu.
Tranzit yüklər 2 milyard 579,1 milyon ton-km olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 509,1 milyon ton-km və ya 16,5% azdır.
2024-cü ilin yanvar-sentyabr aylarında bu dövriyyə 3 milyard 088,2 milyon ton-km olmuşdu.
Bu dövrdə yük daşınmasından əldə olunan gəlir 284 milyon 320,2 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 916,9 min manat və ya 9,8% azdır.
Ötən ilin eyni dövründə bu göstərici 315 milyon 237,1 min manat olmuşdu.
Gəlirlərin strukturunda idxal yükləri üzrə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 10,3 min manat və ya 2,6% azalaraq 74 milyon 429,3 min manat olub. Ötən il bu göstərici 76 milyon 439,6 min manat olmuşdu.
İxrac yükləri üzrə gəlir 62 milyon 493,8 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 758,8 min manat və ya 4,2% azalma deməkdir.
Ötən ilin yanvar-sentyabr aylarında ixrac yükləri üzrə gəlir 65 milyon 252,6 min manata bərabər idi.
Tranzit yüklər üzrə 109 milyon 223,7 min manat gəlir əldə edilib ki,bu gəlirlərdə illik müqayisədə 24 milyon 47,1 min manat və ya 18% azalma baş verib. Ötən ilin eyni dövründə bu göstərici 133 milyon 270,8 min manat idi..










