Tariflər dəyişməsə də, son zamanlar istifadəçilər daim hərəkət etdikləri marşrutlar üzrə taksi qiymətlərində artım müşahidə ediblər.
“Bolt” sifarişlərin qiymətini - 9% QALDIRDI
FED.az xəbər verir ki, bu barədə "Uber" taksi şirkətindən bildirilib.
Qeyd edilib ki, yoldakı vəziyyət, boş avtomobillərin və sifariş sayının nisbəti, həmçinin, səfərin məsafəsi və müddəti kimi amillər "Uber" proqramında sifariş edilən səfərin qiymətinə təsir edir.
"Tələbatı ödəyən sürücü sayını təmin etmək üçün sistemdə avtomatik olaraq artan əmsal tətbiq edilir. Bu, daha çox sürücü cəlb etməyə imkan verən müvəqqəti tədbirdir. Lazımi say təmin edilən kimi artan əmsal dayandırılır və qiymət aşağı düşür", - deyə əlavə edilib.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. (Trend)