Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bolt Services AZ” MMC şirkəti barəsinə iş qaldırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentlik iddia edir ki, “Bolt Services AZ” MMC şirkəti bəzi regionlarda rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub.
Agentlik bildirib ki, bu hərəkətlər Rəqabət Məcəlləsinin 16.2.1-ci maddəsinin tələbinin pozulması deməkdir.
Rəqabət Məcəlləsinin 16-cı maddəsi hökmran mövqedən sui-istifadəyə aiddir (Maddə 16. Hökmran mövqedən sui-istifadə)
Maddə 16.2.1 – aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini nəzərdə tutur.













