Avtomobili 2012-ci il istehsalı olan taksi sürücüləri iyulun 1-nə qədər icazə üçün müraciət etdikləri halda onlara 3 illik taksi kimi fəaliyyət göstərməyə icazə veriləcək. Bu halda həm də rəng tələbi tətbiq edilmir.
Tələblərə riayət etməyən taksi şirkətlərini cərimə sanksiyaları gözləyir - RƏSMİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov deyib.
O bildirib ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə isə bu tələb tətbiq edilməyəcək.
Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqələrinin verilməsinə başlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar AYNA-nın portalı üzərindən buraxılış vərəqəsi və buraxılış kartı ala bilərlər.
Sürücülə də buraxılış kartı almaq üçün müraciət edəcəklərini deyirlər.
Təlimi keçməyən taksi sürücüləri buraxılış vərəqəsi və kartı ala bilməyəcəklər. Onların taksi fəaliyəti göstərməsi də mümkün olmayacaq. (Xezerxeber.az)