Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın müxtəlf yerlərindəki qanunsuz parklanma yerlərində sürücülərdən pul yığılmasına münasibət bildirib.
Eləcə də bax: Bakının parklanma üzrə Baş Planı hazırlanıb və tariflər - MÜƏYYƏNLƏŞDİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli sözügedən halların qanunsuz olduğunu deyib.
"Parklanma ilə bağlı qiymətlər müəyyən olunmamış pul yığılması qeyri-qanunidir", - o vurğulayıb.