"Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın ümumi parklanma üzrə Baş Planını hazırlayıb".
Eləcə də bax: Bakıda parklanma qaydaları dəyişir - QANUNDA YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib: "Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir".