Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Eləcə də bax:Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı qatarlarının - CƏDVƏLİ DƏYİŞDİ
Bu barədə FED.az- Banker.az-a istinadən xəbər verir.
Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.