“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “İtaliya Milli Dəmir Yolları”nın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və Italiyanın “MERCİTALİA İNTERMODAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
FED.az ADY-yə istinadən xəbər verir ki, görüşdə qurumun sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı -Tbilisi – Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə məlumat verib: “Gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı”.
Eləcə də bax: Bakı-Gəncə sürət qatarı işə düşəcək - QİYMƏT
Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar; Qiymət, tranzitin vaxtı və kontraktlar və Bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
“İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün poensial imkanları çoxdur.
Sonda anlaşma memorandumu imzalanıb.