Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.
Yeni marşrut xətti üzrə avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyətə göstərəcək.
Bakıda yeni avtobus marşrutu açıldı
17:16
27 Sen 2018