Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.
Azərbaycanda 16 marşrut xəttinin - SAHİBİ DƏYİŞİB
FED.az xəbər verir ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13.02.2023-cü il tarixindən fəaliyyət göstərəcək.
Xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.