Son 3 ildə Bakı şəhərində sərnişin daşıyıcılarının sayı kəskin azalıb. FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimov bildirib. Onun sözlərinə görə, BNA yaranadan indiyədək Bakıda marşrut sahiblərinin sayı 67-dən 41-ə enib. Agentlik rəhbərinin sözlərindən məlum olur ki, paytaxtın sərnişin daşımalarında «Baku Bus»un payı bundan sonra da artacaq: «Ölkə rəhbəri son çıxışında da bildirdi ki, özəl sektor bu sahədə gözləntiləri doğrultmadı. Hazırda biz bu istiqamətdə də işlərimizi davam etdiririk. “BakuBus” nümunəsi olaraq, müqavilələr bağlanmaq üzrədir. Bu yaxınlarda 300 yeni avtobus ölkəyə gətiriləcək».
Agentliyin rəhbəri bildirib ki, dəyişikliklər bundan sonra da davam edəcək: «Mövcud xətlər 3 il ərzində özlərini peşəkar şəkildə göstərə bilməyən daşıyıcılardan alınacaq və əhaliyə daha yüksək xidmət göstərənlərə veriləcək».