“Buta Airways” aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır.
FED.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib.
Eləcə də bax:Bakıdan Batumiyə gedən təyyarə - GERİ DÖNDÜ
Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftədə üç dəfə uçuş həyata keçirəcək. Reyslər "Embraer E190", "Airbus A319" və "Airbus A320" tipli təyyarələrlə yerinə yetiriləcək.
Qeyd edək ki, “Buta Airways” şirkəti Bakı-Batumi istiqaməti üzrə ilk uçuşu bu ilin iyunun 14-də həyata keçirib. Hazırda uçuşlar cümə və bazar günləri olmaqla həftədə iki dəfə yerinə yetirilir.