Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dollarına bərabər olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Xatırlatma üçün bildirək ki, ötən ilin yanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.
Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb. İxrac dövriyyəsi illik müqayisədə 1 milyard 195 milyon dollar (64,8%), idxal dövriyyəsi isə 910 milyon dollar (79,7%) artıb.
2024-cü ilin yanvar ayında ticarət dövriyyəsinin 1 milyard 844 min dolları ixracın, 1 milyard 142 milyon dolları idxalın payın düşüb
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur. Ötən ilin yanvarında müsbət saldo 601 milyon dollar idi.