Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1 902,2 min və ya 32,7% çox sərnişin daşınıb.
Azərbaycanın təyyarə ilə yük və sərnişin daşımalarından gəlirləri - 1 Milyard Dollara Yaxın Olub
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 33,5% azalaraq 198,9 min ton olub. (Apa)